"Qarabağ" Misli Premyer Liqasının 2024/25 mövsümündə 28-ci qələbəsini qazanıb. Sport24.az PFL-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri sonuncu – XXXVI turda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub.
Bununla da "Qarabağ" mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.
12 qat ölkə çempionu iki il əvvəl – 2022/23 mövsümündə də 28 qələbə əldə edib. Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. "Neftçi" 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.