Çempionlar Liqasında təmsilçimiz "Qarabağ" Macarıstana yola düşüb. Sport24.az xəbər verir ki, "köhlən atlar" Çempionlar Liqasının "Ferensvaroş"la oyununa 1 gün əvvəldən yollanıb.

 

Qurban Qurbanovun yetirmələri Budapeşt klubu ilə avqustun 19-da qarşılaşacaq. Pley-off mərhələsinin ilk matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Qeyd edək ki, cavab oyunu avqustun 27-də Bakıda olacaq.