Kamerun millisinin hücumçusu Vensan Abubakarın karyerasını "Qarabağ"da davam etdirəcəyi ilə bağlı xəbərlər dolaşır. Sport24.az xəbər verir ki, bu barədə "Africatopsports" nəşri məlumat yayıb.
Hazırda Ağdam təmsilçisinin 33 yaşlı hücumçu ilə danışıq apardığı iddia olunur. Onun ölkəmizdə çıxış etməyə müsbət yanaşdığı yazılıb.
"Qarabağ" klubu məsələ ilə bağlı Sport24.az-a münasibət bildirib. Yayılan xəbərin həqiqəti əks etdirmədiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, hazırda azad agent olan Vensan Abubakar son olaraq Türkiyədə "Hatayspor"un formasını geyinib. O, bu ölkədə "Beşiktaş"ın uğurları üçün də çalışıb.