Bu gün Misli Premyer Liqasında V tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk oyununda son çempion "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. 

 

"Liv Bona Dea Arena"dakı qarşılaşma saat 17:00-da start götürəcək. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək. 

 

Naxçıvan təmsilçisi dörd oyundan sonra 10 xalla üçüncü pillədə qərarlaşıb. Rəqiblərindən bir matç az keçirən Ağdam klubu 4 xalla 8-ci sıradadır. 

 

Qeyd edək ki, "Qarabağ"ın I turda "Sabah"la qarşılaşması təxirə salınıb.