Bu gün Misli Premyer Liqasında V tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, turun sonuncu oyunu Sumqayıtda keçiriləcək. 

 

Şəhərin eyniadlı komandası "Neftçi"ni qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:30-da başlayacaq. Görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək. 

 

"Gənclik şəhəri" təmsilçisi dörd oyundan sonra 10 xalla ikinci pillədə qərarlaşıb. Əvvəlki matçlarda üç heç-heçə və bir məğlubiyyət əldə edən bakılılar 11-ci yerdədir. 

 

Misli Premyer Liqası

I dövrə, V tur

19:30. "Sumqayıt" – "Neftçi"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Elgiz Abbasov

M.H. adına Sumqayıt şəhər stadionu