Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirib.

Sport24.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda əvvəlcə  Xorvatiya yüksək liqa təmsilçisi "Slaven"lə qarşılaşıb. Bu matç "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu isə Musa Qurbanlı vurub.

Ağdam klubu Tirol bölgəsindəki hazırlığı BƏƏ Liqası təmsilçisi "Şəbab ƏL Əhli"sinə  qarşı matçla yekunlaşdırıb. Oyun "Qarabağ"ın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Abdullah Zubir matçda het-trik edib. "Qarabağ"ın digər qollarını isə Yassin Benzia və Leandro Andrade vurub.

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində  Almaniyanın "Kayzerslautern"inə (1:3) uduzub və Çexiya "Viktoriya"sına (2:1) qalib gəlib.