"Qarabağ" və Norveçin "Molde" klubu arasında Bakıda keçiriləcək Avropa Liqasının qrup mərhələsinin I tur oyunu üçün təyinatlar açıqlanıb. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək

Belə ki, FİFA referisi Con Biton baş hakim, Daniel Makfarlan və Duqlas Potter laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Matyu Makdermid yerinə yetirəcək.

VAR-da Nikolas Valş, AVAR-da isə Steven Makleyn olacaq.

Xatırladaq ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:45-də başlayacaq.