"Özüm barədə yox, komanda haqqında danışmaq istəyirəm". Bu sözləri "Araz-Naxçıvan"ın futbolçusu Patrik Andrade deyib.
Təcrübəli yarımmüdafiəçi Bakıda Yunanıstan təmsilçisi "Aris"ə qalib gəldikləri (2:1) Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Biz yaxşı hazırlaşmışdıq. Hamımız birlikdə mübarizə apardıq. Sonda yaxşı nəticə qazanmağımıza da səbəb budur. Cavab matçına da yaxşı hazırlaşacağıq".
Oyunçu növbəti mərhələ şanslarına da toxunub:
"Addım-addım irəliləmək istəyirik. Bir həftə ərzində çalışacağıq. Cavab görüşündə də eyni cür oynayacağıq. Yaxşı bir qarşılama olacağını gözləyirik. Səfərdəki görüşdə yaxşı atmosfer olacağınə da bilirik. Hər şeyə hazırıq. Yaxşı şansımız var".