"Mənim fikrimcə, "Turan Tovuz" avrokuboklara vəsiqə qazanacaq. Hələ şansımız var". Bu sözləri Sport24.az-a açıqlamasında Nizami Sadıqov deyib.

 

Azərbaycan millisinin və "Turan Tovuz"un veteran qolkiperi komandanın avrokuboklar şansını dəyərləndirib:

 

"Avrokuboklara vəsiqə qazanılmasa, bunu faciəyə çevirmək lazım deyil. Hər bir əsgər general olmaq istəyir. Olmasa nə olacaq ki? Polkovnik alar. Kurban Berdıyevə zaman lazımdır. 3-5 aya heç nə düzəlmir. Komandanı qurmaq, məşqçi kimi işini görmək üçün ona vaxt lazımdır. Mövsüm başlayandan 4-cü pillədədədirlər, 2-də də, olub, 3-də də. Heyətə görə işini yaxşı dəyərləndirirəm. Unutmayaq ki, heyətdə çoxlu zədəli futbolçular var".

 

Qeyd edək ki, "Turan Tovuz" 28 turdan sonra 43 xalla 4-cü pillədədir.