"DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Xorvatiya millilərinin bir-birinə rəqib olmasını istəyərdim". Bu sözləri Sport24.az-a açıqlamasında "Neftçi"nin xorvatiyalı sabiq qapıçısı İvan Brkiç deyib.

Hazırda Polşanın "Motor" klubunda çıxış edən 29 yaşlı qolkiper ölkəsinin seçməsinin Millətlər Liqasında Fransaya uduzaraq bu yığmamızla düşməməsi barədə danışıb:

"Azərbaycan və Xorvatiya komandalarının dueli çox maraqlı matç olardı. Ancaq Azərbaycan millisinin son nəticələri ürəkaçan deyil. Ümumi keyfiyyəti də nəzərə alsaq, şanslarınızın az olduğunu deyə bilərəm".

Qeyd edək ki, İvan Brkiç 2022-2024-cü illərdə "Neftçi"nin formasını geyinib. Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna, İslandiya və Fransa ilə qarşılaşacaq.