"Evdə, azarkeşlərimizin önündə qələbə qazandığımız üçün çox xoşbəxtəm". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Freddi Varqas deyib.
Yarımmüdafiəçu Misli Premyer Liqasının X turunda "Kəpəz"ə qalib gəldikləri (5:1) matçla bağlı fikirlərini bölüşüb:
"Üç xal qazanmaq bizim üçün çox vacib idi. Qarşıda bizi Azərbaycan derbisi gözləyir. Növbəti görüşdə də qələbə qazanacağımıza ümid edirəm".
Venesuelalı oyunçu sözügedən qarşılaşmada başqa mövqedə çıxış etməsinə də toxunub:
"Baş məşqçi məni o mövqeyə bəzi matçlarda yönləndirib. Bu gün 10 nömrə mövqeyinə ilk "11-lik"də başladım. Üzərimə düşənləri etməyə çalışdım".