Misli Premyer Liqasının XVI turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Bakıətrafı qəsəbənin eyniadlı təmsilçisi "İmişli"ni qonaq edir.

 

"Turan Tovuz"un dünənki qələbəsindən sonra "qartallar" tunir cədvəlinin 5-ci pilləsinə düşüb. Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv bu gün qələbə qazanacağı təqdirdə yenidən ilk "üçlük"də yer alacaq. Qonaqlar isə bu tur ərəfəsində 16 xalla 9-cu yerdədir.

 

Qeyd edək ki, bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.

 

Misli Premyer Liqası

II dövrə, XVI tur

16:30. "Zirə" - "İmişli" 0:0 (Birinci hissə)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə. İdman Kompleksinin stadionu. 

 

"Zirə": 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 77. Yeqor Boqomolski

 

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 48. Ramiz Muradov 26. Stefan Aka 20. İssa Cibrila 6. Eldar Quliyev

 

Baş məşqçi: Rəşad Sadıqov

 

"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

 

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli

 

Baş məşqçi: Jorj Kaşkilya