Misli Premyer Liqasının (MPL) XIV turunda bu gün üz-üzə gələcək "Sabah" və "Neftçi" komandaları indiyədək ölkə çempionatında 28 dəfə qarşılaşıblar. Sport24.az xəbər verir ki, əvvəlki oyunların 13-də "ağ-qaralar", 8-də "bayquşlar" meydanı üç xalla tərk ediblər.

Topların nisbətində də "Neftçi" üstündür - 34:22.

Lakin buna maxmayaraq "Sabah" MPL-dəki son doqquz qarşılaşmada bu rəqibinə uduzmur. Hazırkı qonaqlar sonuncu dəfə 2023-cü il mayın 28-də "Sabah"a qalib gəlib - 1:0.

Bundan əlavə, tərəflər arasında baş tutan son 11 görüşdə 2-dən çox qol da qeydə alınmayıb.

Qeyd edək ki, bu gün baş tutacaq "Sabah" - "Neftçi" matçı saat 20:00-da start götürəcək.