Niderland Erediviziyasında 25-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi "Volendam" doğma meydanda "Qroninqen" ilə qarşılaşıb.

 

Kökçünün komandası rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

 

1 mart

 

"Volendam" - "Qroninqen" - 3:2

 

Qollar: B.Kuvas, 45+7-pen; A.Öhlers, 56, R.Mühren, 90+6 – S.Resink, 16, T.van Bergen, 90+2

 

Kökçü meydana start heyətində çıxıb və görüşün 79-cu dəqiqəsində əvəzlənib.

 

Bu nəticədən sonra "Volendam" 27 xalla turnir cədvəlində 13-cü pillədədir.