Azərbaycan milli futbol komandasının DÇ-2026-nın seçmə mərhələsində daha bir səfər oyununun məkanı müəyyənləşib. Sport24.az xəbər verir ki, UEFA Ukrayna - Azərbaycan matçının keçiriləcəyi arenanı təsdiq edib.
Qarşılaşma Polşanın Vroslav şəhərindəki "Tarczynski Arena"da keçiriləcək. Matç oktyabrın 13-ü, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, millimiz DÇ-2026-nın seçmə mərhələsində Fransa, İslandiya və Ukrayna ilə birgə D qrupunda mübarizə aparacaq.
Qitə futbol qurumunun qərarına əsasən, Ukraynadakı müharibə ilə əlaqədar bu ölkənin milli komandası 2022-ci fevralından sonra ev oyunlarında rəqibləri başqa ölkələrdə qəbul edir.