"Nürnberq" 2024/2025 mövsümünün ilk dövrəsinin ən yaxşı qolunu seçib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin vurduğu qol 1-ci olub.

 

Almaniya II Bundesliqasının IX turunda "Qroyter"lə görüşdə Mahirin rəqib komandanın qapısından keçirdiyi top ən yaxşı seçilib. Onun "Hamburq"la görüşdə vurduğu daha bir qol isə siyahıda 9-cu olub.

 

Qeyd edək ki, sentyabrda "Nürnberq"ə keçən Mahirin hesabında 4 qol var.