Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, o, 3-cü turda "Kayzerslautern"in əsas heyətində yer alıb.

 

Səfərdə "Elversberq"in qonağı olan Mahirin komandası məğlubiyyət acısı yaşayıb. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli görüşün 72-ci dəqiqəsində əvəzlənib.

 

Qeyd edək ki, "Kayzerslautern" ilk 3 turda iki dəfə uduzub, bir dəfə qalib gəlib. Mahirin növbəti rəqibi "Darmştadt" olacaq.