"Çox xoşbəxtəm". Sport24.az xəbər verir ki, bu sözləri Polşanın "Rakuv" klubuna keçən Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

Klubun rəsmi televiziyasına açıqlama verən hücumçu komandaya keçdiyi üçün çox sevindiyini söyləyib:

"Burada olduğum üçün sevinirəm. Ümid edirəm ki, birlikdə azarkeşlərimizə çox sevinc bəxş edəcəyik. Bu, mənim Polşaya qayıdışımdır və burada özümü həqiqətən çox yaxşı hiss edirəm. İnanıram ki, qarşıdakı mövsüm həm mənim, həm də komandamız üçün uğurlu olacaq. Mən hər zaman komandaya maksimum kömək etməyə çalışan futbolçuyam. Ümid edirəm ki, qollarımla komandaya fayda verəcəyəm və birlikdə qarşımıza qoyduğumuz hədəflərə çatacağıq".

Emreli azarkeşlərlə ilk görüşü səbirsizliklə gözlədiyini deyib:

"Ümid edirəm ki, birlikdə çox gözəl anlar yaşayacağıq. Görüşənədək"