Misli Premyer Liqasının XXVIII turunda keçirilən "Turan Tovuz" - "Qarabağ" (1:4) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

 

- 3-cü qola qədər hesabı bərabərləşdirə bilərdik. Amma bu qol və "Qarabağ"ın əvəzetmələrindən sonra şansımız qalmadı.

 

- Fərdi oyunçu səhvləri nə vaxta qədər davam edəcək?

- Buna cavab verməyəcəm.

 

- "Qarabağ"dan ilk məğlubiyyətinizi aldız. Əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə nəyi səhv etdiz?

- Uşaqlarda həvəs var idi. Çox istəkli idilər. Bu da müəyyən qədər mane oldu.

 

- Köhnə zədəlilərinizdən kimlərsə dönəcək?

- Təəssüflər olsun ki, növbəti oyunu 2 futbolçu buraxacaq və heyətə köhnə zədəlilərdən kimlərsə heyətə daxil olacaq.

 

- Tribunalar dolu idi və azarkeşlər sona qədər komandaya dəstək oldu. Ancaq son oyunlardakı xal itkiləriniz onları kədərləndirir…

- Ümumilikdə bir ağrı var. Azarkeşlərimizi sevindirə bilmirik. 

 

- Bu gün "Turan Tovuz" üçün əlamətdar gün oldu. Yeni açılan baza haqda fikirləriniz necədir?

- Komandanın tarixində atılmış ciddi addımdır. Buna görə rəhbərliyə təşəkkür edirəm.

 

- Düşünmürsüz ki, rəqiblər sizin oyun üslubunuzu tapıblar?

- Məsələ taktikada deyil. Hər oyun dəyişə bilər. Digər oyunlarda yaxşı etmişdik. Əfsuslar olsun ki, bu matçda edə bilmədik.