Bu gün keçiriləcək iki oyunla Premyer Liqanın XXXI turuna yekun vurulacaq. Sport24.az- xəbər verir ki, günün ilk matçında "Kəpəz" Tovuzda "Sabah"ı qonaq edəcək.

 

"Sarı-göylər" elita qalmaq tapşırığını demək olar ki, həll edib. Adil Şükürovun komandasının indi əsas məqsədi "Araz-Naxçıvan"ı qabaqlayaraq mövsümü 8-ci pillədə başa vurmaqdı. "Sabah" isə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. "Bayquşlar" hesabat turunda qalib gələcəyi halda belə turnir cədvəlində 5-ci pillədə qalacaq.

 

Qeyd edək ki, oyunun start fiti saat 16:30-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXXI tur

16:30. "Kəpəz" – "Sabah" 1:2 (2-ci hissə)

Qollar:O.Onanuqa, 61 - K.Parris, 12. İ.Belfodil, 35.

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Tovuz. Şəhər stadionu

"Kəpəz": 96. İqor Rodriqes, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 91. Latir Fal, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov
Baş məşqçi: Adil Şükürov
"Sabah": 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev , 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 18. Davit Volkov, 19. Emmanuel Apeh
Baş məşqçi: Krunoslav Renduliç