Yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edən "Karvan" daha bir legionerlə anlaşıb. Sport24.az xəbər verir ki, Yevlax klubu nigeriyalı Olavale Doyeni "rənglərinə bağlayıb".
Onunla "1+1" şərti ilə müqavilə imzalanıb.
Qeyd edək ki, 21 yaşlı mərkəz müdafiəçisi son olaraq ölkəsinin "Plateau Yunayted" klubunda forma geyinib.