Mövsümün sonunda "Qarabağ"dan ayrılan qanalı futbolçu Emmanuel Addainin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, 24 yaşlı hücumçu karyerasını Belçikada davam etdirəcək.
Addai "Leuven" klubu ilə anlaşıb. Afrikalı futbolçu ilə 2029-cu ilin yayınadək qüvvədə olacaq müqavilə imzalanıb.
Qeyd edək ki, Emmanuel Addai 2024-cü ildən "Qarabağ"da çıxış edib. Futbolçunun adı transfer dönəmində İtaliya, İspaniya və İngiltərə klubları ilə də hallanırdı. Görünən odur ki, həmin xəbərlər reallığı əks etdirməyib.