"Ölkə kubokunda "Qarabağ"a doğma meydanda 1:7 hesabıyla məğlubiyyətdən və baş məşqçi Murad Musayevin gedişindən sonra komandada psixoloji abu-hava bərbad idi. Ona görə də əvvəlcə futbolçularda özünəinamı qaytarmalıydıq. Bu bizə çox çətinliklə başa gəldi. "Köhlən atlar"la cavab görüşündə mərhələ keçməsək də, istədiyimiz oyunu oynadıq qələbə qazandıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın Müşahidə Şurasının üzvü, klubun idman direktoru İqor Ponomaryov bildirib.

 

Musayevin gedişindən sonra müvəqqəti də olsa "bayquşlar"ın "sükanı arxasına" keçən 63 yaşlı mütəxəssis son 3 oyunda məğlub olmamalarının səbəbini belə izah edib: "Ağdam təmsilçis ilə  son 2 oyunda rəqibi 7 dəfə çəzalandırdıq, 2 qolumuz da qeydə alınmadı. Bu bizim üçün inkişafdı. Bundan başqa kubokda şansımız qalmayıb deyə, bütün diqqətimizi Premyer Liqaya yönəltmişik. Murad Musayev ilə mənim futbol fəlsəfəm fərqlidi. Təbii ki, bu rusiyalının pis mütəxəssis olması demək deyil. Sadəcə, biz hazırda futbolçuları daha çox motivasiya edir, hər birinin komandamız üçün dəyərli olduğunu aşılımağa çalışırıq. Taktiki planda da kreativliyin olmasında da maraqlıyıq. Qarşıdakı oyunlarda daha yaxşı olacağımıza ümid edirəm".

 

Qeyd edək ki, XXII turdan sonra aktivində 28 xal olan "Sabah" turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

POLAD AZƏR