21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin 10-cu turu çərçivəsində İngiltərə ilə səfərdə keçirəcəyi matçın hakim təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Referi qadın hakim İvana Martinçiç olacaq. Ona yan xətt hakimləri qismində Sanya Rodyak-Karşiç və Maya Petraviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sabina Boliç yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 15-də "Ashton Gate" stadionunda keçiriləcək İngiltərə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandamız bu gün isə Şimali İrlandiya ilə üz-üzə gələcək.