"Oyunun çətin olacağını bilirdik. Məhz buna uyğun hazırlaşmışdıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un futbolçusu Faiq Hacıyev deyib.

25 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının 35-ci turunda səfərdə "Sumqayıt"ı məğlub etdikləri (1:0) oyunla bağlı fikirlərini bölüşüb:

"Qələbə qazanaraq yerimizi möhkəmləndirmək istəyirdik. Şükürlər olsun ki, hər şey istədiyimiz kimi alındı".

Hacıyev Tovuz təmsilçisinin cari mövsümdəki çıxışı barədə də danışıb:

"Dördüncü yeri pis nəticə saymazdım. Həqiqətən bəlkə də çempionat başlayanda çoxları bizə inanmırdı. Avrokuboklar uğrunda mübarizə aparmaq üçün əlimizdən gələnin yaxşısını etməyə çalışdıq. Düzdür, bundan da yaxşı nəticə əldə edə bilərdik. Amma yenə də avrokubok üçün ümidimiz var. Kubokun finalında mövsümün bizim üçün daha uğur olmasını diləcəyik".