“Məğlubiyyətin səbəbini özümüzdə axtarmalıyıq. Komanda səfərdə oynamasına baxmayaraq, ərazi üstünlüyünə malik idi. Daha çox qol epizodu yaratsaq da, yaxaladığımız qol imkanlarından yararlana bilmədik. Ustalıq səviyyəsi çatmadı”. Bu sözləri Sport24.az-a açıqlamasında “İmişli”nin baş məşqçisi Əsgər Abdullayev bildirib.

MOİK-lə oyunu şərh edən təcrübəli mütəxəssis artıq bu oyunu unudub qarşıdakı matçlara köklənəcəklərini bildirməklə yanaşı, transfer məsələsinə də toxundu: “Dünənki qarşılaşmanı unudub qarşıdakı oyunlara köklənmək lazımdı. İnanıram ki, növbəti görüşlərdə yaxşı nəticələrə imza ata biləcəyik. Transferlərə gəlincə, bu ola da bilər, olmaya da. İndiki məqamda bu məsələ ilə bağlı konkret qərar yoxdu”.

Qeyd edək ki, I Liqada çıxış edən “İmişli” II turda dünən səfərdə MOİK-lə qarşılaşıb. Oyun Ordu klubunun minimalhesablı qələbəsi ilə yekunlaşıb.

 

 

RƏŞAD QASIMOV