Turun ən yaxşılardında keçən həftə "Qəbələ" fərqləndi. Belə ki, ən yaxşı futbolçu kapitanı Asif Məmmədov idisə, ən yaxşı baş məşqçi bu mövsüm ilk dəfə Elmar Baxşıyev oldu. 41 yaşlı mütəxəssis Sport24.az-ın suallarını cavablandırıb.
- Bu turun məşqçisi seçilməyinizi gözləyirdiniz? Ümumiyyətlə, bu layihəmizi izləyirsiniz?
- (gülür) Əlbəttə, ən yaxşı seçilmək xoşdu. Hərdən izləyirəm, hərdən də işin çoxluğuna görə izləmək olmur. İstəsən belə, vaxta görə alınmır.
- Turun məşqçisi də, qəhrəmanı da, komandası da "Qəbələ" oldu. Yəni, 5:0-lıq qələbəylə tura damğanızı vurdunuz...
- Yəqin ki, nəticənin bu seçimlərə böyük təsiri olub. Sevindiricidi, ancaq yenə deyirəm ki, sırf bunun üstündə dayanmaq fikrimiz də yoxdu. Bilirik ki, çatışmayan cəhətlərimiz çoxdu. Ona görə daim inkişaf eləməliyik, daha da artırmalıyıq.
- Maraqlıdı, Elmar Baxşıyevə belə imkanı versəydik, turun məşqçisi kimi seçərdi?
- Onu siz seçsəniz, daha yaxıdı. Çünki öz komandama cavabdehəm, öz komandamı seçərdim. Bu komandanın potensialı o deyil. Futbolçularımızı məşq prosesində izləyirəm və görürəm ki, bunlar daha yaxşı ola bilərlər.
- Yəni, daha böyük hesablı darmadağınlarınız da ola bilər, rəqibləriniz özlərini gözləsinlər...
- Yox, sırf darmadağınla götürmürük. Oyun keyfiyyəti deyilən bir anlayış var. Hansı ki o fazalarda - həm müdafiədə, həm də hücumda daha yaxşı ola bilərik. Bu komandada həmin potensial var və daha da yaxşı ola bilər.
- Baş məşqçliyiniz dövründə ilk dəfə turnir cədvəlində 1-ci pillədə oldunuz. Liderin baş məşqçisi olmaq necə bir hissdi?
- Özümü də, komandamı da nümunə kimi deyə bilərəm ki, sonuncu pillədə də olmuşuq, indi 1-ci pillədəyik, vallah, eyni yanaşmadı. Heç bir şeyə lider prizmasından yanaşmırıq. Futbolçular da, elə özüm də turnir cədvəlinə daha çox önəm vermirik. Daha çox klub olaraq inkişaf eləmək, performansımızı daha da artırmaq istəyirik. Qarşıya məqsəd onu qoymuşuq. Məni əsas sevindirən odur ki, komandanın yanaşması düzgündü.
- Bir təfədən sevinsəniz də, digər tərəfdən məyussunuz. Çünki birdən-birə 2 əsas futbolçunuz ağır zədə üzündən əməliyyat olunmalıdırlar və uzun müddətə sıradan çıxıblar. Necə olacaq vəziyyətiniz? Axı onsuz da ehtiyat skamyanız qısadı...
- Vallah, bu xalları verərdim ki, təki o futbolçular bizimlə olsunlar. Əlbəttə, bizi kədərləndirir ki, iki əsas futbolçumuz uzun müddətə sradan çıxıblar. Amma bu, idmanın bir yazılmamış qanunudu, qaçılmazdı və hər komandanın başa gələn prosesdi. Buna görə də önə baxmaq lazımdı. Yaxşı potensiallı gənc futbolçularımız var ki, hansılar ki indidən komandaya yaxşı siqnallar verirlər.
- Səmimi olsanız, həmin gənclər o boşluqları doldura biləcəklərmi?
- Çalışacağıq ki, onları buna hazır edək. Əlbəttə, ikisi də bizim üçün əsas futbolçu idi. Amma həyat davam eləməlidi və inanıram ki, onların yerlərini layiqincə dolduracaq futbolçularımız var.
- Əsas Yaovi Akakpoya görə üzülürsən, çünki keçən çempionatda cəmi 4 dəqiqə oynamışdı, "sirli qutu" olaraq qalırdı. Bu mövsüm onun potensialını açdınız, çox yaxşı başladı çempionata, 2 qol vurdu və belə bir ağır zədə aldı. Şansslıqdı bu?
- Belə olur. Bir cür fikirləşirsən, amma futbol dinamika oyunudu. Onun tərs üzü də var, zədə də ala bilərsən. Ona görə bunu nomal qarşılayıb, irəli baxmaq lazımdı.
- Əvəzedici komandamıza iki gənc afrikalı futbolçu sifariş olunub. Belə bir çətin vəziyyətinizdə onlardan istifadə etməyi düşünürsünüz?
- Hələ "Qəbələ-2"dirlər. Əlbəttə, onlar da çox işləyib daha artıq inkişaf eləməldirlər. Təbii ki, qarşıda planımızda ola bilər dediyiniz. Qayda da buna imkan verir ki, onları əsas komandada oynadaq.
- Onlar olmasa belə, rəhbərliklə son günlərdə söhbət eləmisiniz ki, iki zədəlilərimizin yerinə heç olmasa bir transfer edək, sərbəst futbolçu tapaq?
- Sırf bundan əvvəl, zədələlərdən da qabaq açıqlamalarımda deyirdim ki, sərbəst statusda - fərqi yoxdu yerli, yoxsa əcnəbi - bir yeni futbolçu götürərdim. Komandanı daim yeniləməyi deməzdim, yeni bir futbolçunu götürməyi istəyərdim. Amma büdcəmizi də nəzərə alıb. ondan qırağa çıxmamaq şərtilə uyğun olarsa, əlbəttə, həmin futbolçunu sıralarımızda görə bilərik.
- Afrikalı legionerinizlə davam edərək yeni qapıçınızdan - Kristof Atanqanadan sual verim. O, hələ də şans qazanmır və bundan sonra çətin oynasın. Çünki əsas qapıçınız Nicat Mehbalıyev 21 yaş limitində oynayan yeganə futbolçu qalıb Rüfətin zədələnməsindən sonra....
- Bilmək olmaz uzun müddət olacaq Əhmədovun yoxluğu. İnidki dönəmdə daha çox Nicat şans qazanır. Ancaq inandırım sizi ki, Atanqana Mehbalıyev səviyəsində bir qapıçıdı, ondan zəif deyil. Qapıya kim qoyaq deyəndə, heç seçim də eləmək olmur. Çünki ikisi də bərabər səviyyəlidi.
- Söhbət zəiflikdən yox, 21 yaş limitiylə bağlı reallıqdan gedir...
- Krisi oynatmağı bizim də fikrimiz var. Onu meydançada görəcəyik, hansı bir periodda da şans qazanacaq. 21 yaş limitində başqasını oynadıb Atanqananı qapıya qoyacağıq. Keyfiyyət olaraq yaxşı, bəyəndiyiniz qapıçıdı. Düşünürəm ki, bu legionerin faydasını görəcəyik.
- "Sumqayıt"la qarşıdakı matça hazırlığınız necə gedir? Səfərdən gözləntiniz nədi?
- Tək iki zədəli futbolçumuz var. Onları çıxsaq, tam heyətlə hazırlaşırıq. Bilirik ki, ağır oyun gözləyir bizi. Komandanı buna kökləyirik.
- "Sumqayıt" bunadək lider idi yüzfaizli nəticəylə. Ancaq son 2 turda 1 xal belə qazanmayıb və indi "yaralı aslana"a bənzəyir...
- Hər iki komandanı ağır bir oyun gözləyir.
MEHMAN SÜLEYMANOV