"Əlbəttə ki, "Qarabağ"la "Sumqayıt" müqayisə olunmazdı. Ancaq "Sumqayıt"a xal çox lazımdı. Komanda son pillələrdə qərarlaşıb. Oyuna "Qarabağ" daha sürətli başladı. Erkən qollar psixoloji cəhətdən yaxşı olmayan "Sumqayıt"a bir az daha təsir etdi". Bu sözləri Sport24.az -a açıqlamasında Sənan Qurbanov deyib.

Misli Premyer Liqasının XXVII turunda keçirilən "Sumqayıt" - "Qarabağ" oyunundan danışan təcrübəli mütəxəssis 0:6-ın səbəblərini göstərib: "Qarabağ" kimi komanda ilə oyunda geridönüş etmək çox çətindir. Düşünürəm ki, bu "Sumqayıt" üçün böyük bir zərbə oldu. Sonradan qol vurmaq istəyirsən. Bundan sonra "Sumqayıt" qol imkanları axtardı və nəticədə müdafiədə boşluqlar yarandı. Nəticədə qollar buraxdı. "Qarabağ" isə liderlik mövqeyini daha da möhkəmləndirdi. Axırıncı dövrə turnir cədvəlinin son pillələrində gedən komandalar üçün final qarşılaşmaları kimi önəmli olacaq".

 

 

KAMAL RZA