Futbol üzrə Türkiyə 1-ci Liqasında 35-ci turun görüşləri keçirilir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Çorum" səfərdə "Amedspor" ilə üz-üzə gəlib.

 

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Coşqun Diniyev də bu matçda ehtiyatda qalıb.

 

Qeyd edək ki, 35 turdan sonra 51 xal toplayan "Çorum" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.