"Oyuna baxdım. Təəssüfləndim ki, Estoniyaya məğlub olduq. Müdafiə xəttində problemimiz çoxdur. Komanda şəkilində müdafiə oluna bilmirik. Danışmaqla heç nə olmayacaq. Futbolçuların potensialı budur". Bu sözləri Sport24.az açıqlamasında Ceyhun Sultanov deyib.

 

Ötən gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının oyununda səfərdə Estoniyaya 1:3 hesabı ilə məğlub oldu.

 

Tanınmış mütəxəssis yığmanın qeyri-sabit çıxış etdiyini, indiki heyətlə hansısa uğura imza atmağın qeyri-mümkünlüyünü vurğulayıb: "Millimiz istənilən komandaya uduza bilər. Elə oyunları uda bilərik ki, hamı təəccüblənər. Millinin oyununda sabitlik yoxdur. Bunların hamısı futbolçuların keyfiyyəti ilə əlaqədardır. Estoniyaya uduzub, sabah Slovakiyanı udsaq, nə dəyişəcək? Qrupdan çıxmaq üçün futbolçuların potensialını qaldırmalıyıq. Bu futbolçular qrupdan çıxmaq üçün deyil. Belə məğlubiyyətlərə artıq alışmışıq. Gələcəyə baxmaq lazımdı. Milli komandaya potensialı olan futbolçuları cəlb etmək lazımdır".

 

Qeyd edək ki, milli Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Bakıda Slovkiyaya qarşı keçirəcək