"Səbail" rəhbərliyi Cavid Hüseynovu komandanın "sükanı arxasına" dəvət etdiyini rəsmi açıqlasa da, müqavilənin maliyyə detalları barədə açıqlama verməyib. Sport24.az-ın əldə etdiyi məlumata görə, gənc mütəxəssis cari mövsümdə Premyer Liqada ən aşağı məvacib alan baş məşqçilərdən biri olacaq.

 

Razılaşmaya əsasən Hüseynov 2024/25 "futbol ili"nin sonunadək 8 min manat maaş alacaq. Ancaq "dənizçilər"in yeni baş məşqçisi rəhbərlik qarşısına şərt qoyub. Belə ki, o, rəsmilərdən qış transfer dönəmində 3 yeni legionerin alınmasını istəyib.

 

Qeyd edək ki, "Səbail"in istefaya gedən sabiq baş məşqçisi Diniyevin məvacibi 13 min manat idi.