"Mövsümün əvvəlində də demişdim ki, "Qarabağ" rahat çempion olacaq. Gedişat və ağdamlıların ən yaxın izləyicisindən 26 xal öndə olması hər şeyi deyir". Bu sözləri Sport24.az-a açıqlamasında Bəxtiyar Musayev deyib.

 

Veteran futbolçu ikinci və üçün yer uğrunda mübarizənin 3 klub arasında gedəcəyini düşünür:  2, 3 və 4-cü yerdə "Neftçi", "Zirə" və "Sabah"ın yer alacağı qənaətindəyəm. Baxmayaraq ki, "Sabah"ı çoxları hesabdan silmişdi. Fikrimcə, bu 3 komandadan ikisi sonda mükafatçılar sırasında olacaq".

 

Musayev mövsümün sürprizi kimi "Sumqayıt"ın uğurlu çıxışını qabardıb: "Sumqayıt"  hamını təəccübləndirdi. Onlar bəlkə də çoxlarının gözləmədiyi halda üst pillələrdə yer aldılar, çempionata rənq qatdılar. Az da olsa, "kimyaçılar"ın da mükafatçılar sırasında yer almaq şansları var. İstənilən halda Samir Abasov və komandası mübarizliyi, döyüşkənliyinə görə xoş sözlərə layiqdi".

 

ABDULLA İSMAYILOĞLU