Millimizin heyətində yenidən zədələnən "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib. Klubub mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Sport24.az-a verdiyi məlumata görə, 30 yaşlı mərkəz müdafiəçisi MRT münayinəsindən keçib: "Nəticə zədənin ciddi olmadığını göstərdi. Birinci əzələ dartılması var. İki həftəyə yaxın komandadan kənarda olacaq".

Bu isə o deməkdir ki, Hüseynov Premyer Liqamızda qarşıdakı 2 turda heyətdə olmayacaq. 

Xatırladaq ki, Bədavi millimizdə keçən ilin iyununda ağır zədələnərək əməliyyat olunduqdan sonra Premyer Liqamızda keçən tur qayıdışı oldu, bunun ardından milliyə çağırılaraq orda sonradan meydana çıxdı.