"Barselona" "Espanyol"dan qapıçı Joan Qarsiyanı transfer etdiyini açıqlayıb. Kataloniya təmsilçisi bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəyib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qolkiper sabah klubun ofisində media üçün qapalı tədbirdə müqaviləyə imza atacaq. Onun anlaşması 2031-ci ilin yaylına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Qarsiya 2024/25 mövsümündə İspaniya çempionatında 36 oyun keçirib və 49 qol buraxıb. Yeddi matçda isə qapısını toxunulmaz saxlayıb.