Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib. Sport24.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

 

Oyun 0:0 hesablı heç-heçə başa çatıb.

 

Qeyd edək ki, bu komandalar martın 22-də ikinci yoxlama matçında üz-üzə gələcəklər.