U-21-in baş məşqçisi Ayxan Abbasov AFFA-nın irəli sürdüyü ilkin şərtlə razılaşmayıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, ölkənin ali futbol qurumunun rəhbərliyi  Abbasova müvəqqəti olaraq baş məşqçi kimi yığmanı qarşıdakı oyunlara çıxartmasını istəyib.

 

Ancaq Ayxan bəy "müvəqqti" statusla barışmaq istəmir. O, AFFA rəsmiləri ilə söhbətdə bildirib ki, tam əsasla müqavilə bağlansa, bu ağır yükün altına girə bilər. 44 yaşlı mütəxəssis onu da vurğulayıb ki, 4 oyunda əsas millinin "sükanı arxasında" olacağı təqdirdə U-21-ə diqqət yetirə bilməyəcək. Bu da son vaxtlar ümid millisində görülən işlərin yarımçıq qalması deməkdir. 

 

Qeyd edək ki, Fernandu Sanruşun istefaya göndərilməsindən sonra millinin "sükanı" Ukrayna ilə matçda Ayxan Abbasova tapşırılmışdı.