Konfrans Liqasında çıxış edəcək "Araz-Naxçıvan" Ərzurumda təlim-məşq toplanışı çərçivəsində növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı son sınaq matçında yerli "Trabzonspor"la qarşılaşıb.
Super Liqa təmsilçisi ilə görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə tərəflər hərəyə bir dəfə fərqləniblər. Fasilədən sonra daha inamlı təsir bağışlayan "Araz-Naxçıvan" qalib gəlib. Komandanın heyətində Çarles Boli, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov fərqləniblər.
Yoxlama oyunu
17 iyul
18:00. "Araz-Naxçıvan" - "Trabzonspor" - 3:2
Qollar: Çarles Boli, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov.
Qeyd edək ki, Konfrans Liqasında oynayacaq "Araz-Naxçıvan" Türkiyədə əvvəlki yoxlama oyunlarında yerli "Bayburtspor"a 14:0 hesabı ilə qalib gəlib, "Alanyaspor"la qolsuz heç-heçə edib, "Konyaspor"a 1:2 hesabı ilə uduzub.