DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Sport24.az xəbər verir ki, İ qrupunda yer alan Moldova millisi öz meydanında İsraillə qarşılaşıb. 

 

Moldova millisinə dəvət alan "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram da bu görüşün iştirakçısı olub. 

 

Meydana start heyətində çıxan 31 yaşlı qolkiper görüşü əvəzolunmadan keçirib. 

 

Matç İsrail yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Avram 15, 35, 59 və 77-ci dəqiqələrdə qapısında qol görüb. 

 

Seçmə mərhələdə ardıcıl 4-cü məğlubiyyətini alan Moldova millisi qrupda sonuncudur. Xallarının sayını 9-a çatdıran İsrail yığması isə hazırda ikinci pillədə qərarlaşıb.