Xəbər verdiyimiz kimi, AFFA U-15 Liqasında dünən keçirilməli olan EFA - "Qəbələ" oyununa hakim göndərməyi unudub.
Bu barədə "Qəbələ" akademiyasının keçmiş üzvü Namiq Hacızadə feysbuk hesabında paylaşım edib.
Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Sport24.az-a açıqlama verib:
"Bəli, sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq".
Qeyd edək ki, "Qəbələ" klubu bu matç üçün Bakıya gəlib, komanda saat 16:30-a qədər gözləsə də, matça referi təyin edilməyib.