"Milli komandanın üzvləri ilə daim danışıram. Yığmamız hər dəfə oynayanda mənə matçlar barədə məlumat verilir. Bu, mənim üçün çox vacibdi". Sport24.az xəbər verir ki, bu fikirəri "Səbail"in qapıçısı Nikolas Hagen deyib.

 

Klubunun düşərgəsində olduğu üçün Qvatemala yığmasına dəvət almayan 25 yaşlı qolkiperin sözlərinə görə, hər zaman həmkarlarına dəstək olmağa hazırdı. Hagen martda DÇ-2022-nin seçmə mərhələsində Britaniya Virgin Adaları, Kürasao və Kuba yığmaları ilə görüşlərdə milliyə qoşulacağına ümid edir: "Həmin matçları birlikdə qazanmalıyıq. Dünya çempionatına vəsiqə qazanmaq istəyirik. Bunu bacarmaq üçün mübarizə aparmalıyıq".

 

Nikolas hamının 1 ildən çoxdu əziyyət çəkdiyi COVİD-19 probleminə də toxunub: "Bütün dünya koronavirusla mübarizə aparır. Mürəkkəb mərhələdəyik. Hazırda həyatla ölüm arasındayıq".

 

Qeyd edək ki, Hagen 2020-ci ilin sentyabrında "Səbail"ə keçib.