"Sabah" qış fasiləsində daha bir futbolçusu ilə yollarını ayırmağı planlaşdırır. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi malili Ulise Diallo ilə vidalaşması variantı mümkündü. 

 

2019-cu ilin avqustunda "Sabah"a gələn, son 1 ildə daha çox ehtiyatda qalan 29 yaşlı hücumçu ilə razılıq əldə olunsa, cari mövsümün sonunadək olan müqaviləsi ləğv ediləcək. Bu yerdə bildirək ki, "Sabah" qış fasiləsində heyətinə əcnəbi hücumçu cəlb edib. Bu, Finlandiyanın "İlves" klubundan icarəyə götürülən Fil Dişi Sahilindən olan Tiemoko Fofanadı.

 

Qeyd edək ki, Sabah" daha əvvəl Yevgeni Koçuk və Abbas Ağazadə ilə müqaviləni ləğv edib, Ozan Can Kökçünü isə Niderlandın "Telstar" klubuna icarəyə verib.