“Qarabağ”ın futbolçusu Mahir Emreli bu dəfə Polşa klubunun maraq dairəsinə düşüb. Sport24.az Polşa mətbuatına istinadən xəbər verir ki, millimizin hücumçusu “Zaqlebye”nin hədəfindədi.

 

Məlumatda bildirilir ki,bu  klub hücum xəttində olan boşluğu Emreli ilə doldurmaq niyyətindədir. 24 yaşlı Emrelinin tezliklə Polşa təmsilçisinə baş çəkə biləcəyi, eyni zamanda “Qarabağ”la müqaviləsinin cari mövsümün sonunda başa çatacağı qeyd olunub.

 

Xatırladaq ki, Mahirin adı bir müddət əvvəl "Beşiktaş" və Belçika klubları ətrafında hallanırdı.