"Sabah"la yollarını ayıran Moldova millisinin futbolçusu Yevgeni Koçuk karyerasını Azərbaycanda davam etdirməyi düşünmür. Sport24.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi hələ ki Vətənində də çıxış etmək fikrində olmayaraq, özü üçün yeni postsovet məkanı ölkəsində qərarlaşmaq variantını götür-qoy edir.

 

Belə ki, bu, Qazaxıstandı. Koçuk meneceri vasitəsilə bu ölkənin iddialı klublarından biriylə danışıqlar aparır. Məsələyə yaxın günlərdə tam aydınlıq gələcək.

 

Xatırladaq ki, son 3 ildə karyerası ölkəmizə bağlı olan Yevgeni "Sabah"dan əvvəl "Səbail"də çıxış edərək, onun heyətində Premyer Liqamızın bürünc medalını qazanıb.