"Səbail" in üzvü olan Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev mövsümün ikinci yarısına hazırdı. Komandanın baş məşqçisi Aftandil Hacıyev Sport24.az-a açıqlamasında uzun müddətdən sonra "Sabah"a 0:1 hesabı ilə uduzuduğumuz yoldaşlıq matçının ikinci hissəsində meydana buraxdığı təcrübəli qolkiperin hazırlıq durumunu dəyərləndirib: "İstəyirik ki, onu ən azı əvvəlki vəziyyətinə gətirib çatdıraq. Kamranın rəsmi oyunlarda çıxışı hazırlıq durumundan və matçların xarakterindən asılı olacaq. O, ürəklə məşq edir, çox istəyir ki, qısa müddətdə əvvəlki formasına qayıtsın. Biz də ehtiyatlı olmalıyıq. Çünki Ağayev müddət rəsmi matça çıxmayıb. İmkan tapdıqca onu meydanda görə biləcəyik. Onu deyə bilərəm ki, artıq oyunların sifariş ərizəsinə də daxil edəcəyik".

 

Qeyd edək ki, 34 yaşlı Ağayev "Səbail"ə 2020-ci ilin avqustunda keçib. Onun klubla sözləşməsi mövsümün sonunda başa çatacaq. Kamran son rəsmi oyununu 2019-cu ilin martında "Keşlə"nin heyətində "Neftçi"yə qarşı keçirib. O, görüşün 30-cu dəqiqəsində əlindən zədələnərək meydanı tərk edib və uzun müddət futbolsuz qalıb.