Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun növbəti matçları keçiriləcək. Sport24.az xəbər verir ki, "Milli Aviasiya Akademiyası" komandası "Murov Az Terminal"la qarşılaşacaq.

 

Oyun Milli Aviasiya Akademiyasının idman zalında baş tutacaq. Digər görüş UNEC və "Turan" arasında gerçəkləşəcək. Bu matç UNEC-in idman zalında keçiriləcək.

 

Hər iki qarşılaşma saat 17:00-da start götürəcək.

 

Qeyd edək ki, turun ötən gün baş tutan "DH Volley" - "Gənclər" görüşündə meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanıb. Qadınlar arasında Yüksək Liqanın V turuna sabah yekun vurulacaq.