Aprelin 15-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 18-ci turun oyunları keçiriləcək.

Sport24.az xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq turda ilk qarşılaşma MOİK - “Murov” komandaları arasında olacaq. Oyun saat 15:00-da başlayacaq.

Bu matçdan iki saat sonra isə “Ekspress” “Sərhədçi” ilə üz-üzə gələcək.