Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2021/22 mövsümünün başa çatacağı vaxt bəlli olub. Sport24.az xəbər verir ki, 4 dövrəlik mübarizədə 5 klubun iştirakı ilə təşkil olunan yarışda son turun oyunları aprelin 20-də baş tutacaq.

Günün ilk matçında “Neftçi” və “Murov” komandaları üz-üzə gələcəklər. Oyun saat 15:00-da başlayacaq.

“Murov” voleybol klubunun idman zalında təşkil ediləcək 20-ci turun və mövsümün son qarşılaşması isə “Sərhədçi” və MOİK komandaları arasında olacaq. Oyunun start fiti saat 17:00-da veriləcək.

Qeyd edək ki, 19 turdan sonra “Murov” 41 xalla turnir cədvəlinə liderlik edir. “Neftçi” 36 xalla ikinci, MOİK 25 xalla üçüncü, 6 xala malik, lakin rəqibini set fərqində qabaqlayan “Sərhədçi” 4-cü, “Ekspress” isə beşinci pillədə qərarlaşıb.