Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümə dekabrın 3-də start veriləcək. Sport24.az xəbər verir ki, həm qadınların, həm də kişilərin Yüksək Liqasında 6 komanda mübarizə aparacaq.
Reqlamentə əsasən, liqalar 2 dövrədən ibarət olacaq (ev-səfər) və oyunlar dairəvi sistem üzrə keçiriləcək. Bu dövrələrdən sonra ilk 4 pilləni tutacaq klublar play-off mərhələsinə yüksələcəklər.
Qadınlarda "Azərreyl", "Abşeron", "Murov Az Terminal", "Gəncə", "Milli Aviasiya Akademiyası" və UNEC komandaları medallar uğrunda mübarizə aparacaq.
Kişilərdə isə MOİK, "Murov Az Terminal", "Azərreyl", "Xilasedici", "Gənclər" və "Neftçi" ölkənin ən güclülərini müəyyənləşdirəcəklər.
Ölkə çempionatının 2024-2025-ci illər mövsümündə ilk qarşılaşmaları qadın komandaları arasında keçiriləcək. Kişilərin mübarizəsində isə birinci turun oyunları dekabrın 4-5-də təşkil olunacaq.
Azərbaycan çempionatı
Yüksək Liqa (qadınlar)
I tur
3 dekabr
14:00. "Gəncə" - "Abşeron"
Gəncə İdman sarayı
15:00. "Milli Aviasiya Akademiyası" - "Azərreyl"
GİN-in Voleybol Mərkəzi
17:00. "Murov Az Terminal" - UNEC
Murov Az Terminal VK-nın idman zalı
Yüksək Liqa (kişilər)
I tur
4 dekabr
15:00. "Murov Az Terminal" - MOİK
Murov Az Terminal VK-nın idman zalı
17:00. "Neftçi" - "Azərreyl"
GİN-in Voleybol Mərkəzi
5 dekabr
16:00. "Gənclər" - "Xilasedici"
Sumqayıt OİK