Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turların yeri və vaxtı dəqiqləşib. Sport24.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 23-də 7-ci turun oyunları keçiriləcək.

Tura saat 15:00-da başlayacaq “Neftçi” – MOİK qarşılaşması ilə start veriləcək. Ardınca “Ekspress” – “Murov” görüşü baş tutacaq.

Fevralın 27-də isə 8-ci turda ilk olaraq, meydana “Sərhədçi” və “Neftçi” komandaları çıxacaq. Oyun saat 15:00-da başlayacaq. Bu qarşılaşmadan sonra MOİK – “Ekspress” görüşü start götürəcək.

Hər iki turun oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Pandemiya səbəbindən oyunlar azarkeşsiz keçirilir.