Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası"nın yeni baş məşqçisinin adı açıqlanıb. Sport24.az İdman.biz-ə istinadən xəbər verir ki, komanda Emin Əbilova həvalə olunub.

 

Onunla 2025/2026 mövsümü üçün müqavilə imzalanıb. Əbilov ötən mövsüm "təyyarəçilər"də köməkçi məşqçi kimi çalışıb.

 

Qeyd edək ki, yeni baş məşqçi "Azərreyl" və Azərbaycan millisində də işləyib